Odessa yaxınlığında rus casusu saxlanıldı

  • By admin
  • 18 Mart 2022 16:08

Odessa vilayətində Ukrayna Silahlı Qüvvələrinin obyektlərinin yeri barədə düşmənə məlumat ötürən şəxs saxlanılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kiberpolis İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, Odessa vilayətində kiberpolis mütəxəssisləri Ukrayna hərbi obyektlərinin yerləşdiyi yer barədə məlumatı ruslara ötürməkdə şübhəli bilinən Sergeyevka kənd sakinini saxlayıb.

Müəyyən olunduğu kimi, 31 yaşlı kişi messencer vasitəsilə strateji obyektlərin koordinatlarını düşmənə ötürürmüş.

Gununsesi.info