Onların dairəsində 6 məntəqədə qanun pozuntuları olub - RƏSMİ

  • By Günel
  • 13 Sentyabr 2024 17:58

70 saylı Neftçala seçki dairəsindən namizəd Vəfa Nağı seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.

Videogörüntülərə əsasən, 24, 27, 34, 35, 48 və 49-cu seçki məntəqələrində bu və ya digər şəkildə seçicilərin iradəsinə təsir edə biləcək qanun pozuntularının olduğu müəyyən edilib.

Beləliklə, 70 saylı Neftçala seçki dairəsindən namizəd Vəfa Nağıyevanın müraciəti qismən təmin edilib və sözügedən məntəqələrdə səsvermə nəticələri etibarsız hesab olunub. Təklif səsə qoyularaq qəbul edilib.

Sözügedən dairədə lider namizəd Tənzilə Rüstəmxanlıdır.

Gununsesi.info