“26 iyun Milli Ordu günüdür. Milli ordumuz və xalqımız artıq 3- cü ildir ki, bu günü Vətən müharibəsinin qalibi kimi Qarabağ zəfərinin qüruru ilə qeyd edir.”
Gununsesi.info -ya açıqlamasında bu fikirləri millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, 1918- ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin fərmanı ilə yaradılmış ilk milli ordu hissəsi bu gün adı dünyanın ən güclü ilk 50 orduları sırasında yer alan yenilməz Azərbaycan Ordusuna çevrilib.
“1998- ci ilin may ayında ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 26 iyun tarixinin Milli Ordu günü elan olunması da məhz həmin şanlı tariximizin yaşadılması ilə bağlıdır. Qələbəri ilə fəxr etdiyimiz Milli Ordumuzu, ölkəmizin bütün silahlı qüvvələrini və qalib xalqımızı 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü – ordu günü münasibətilə təbrik edirəm. Ordumuz alınmaz Qalamızdır!”– deyə Cavanşir Feyziyev bildirib.
Gununsesi.info