Ordumuz Laçında təlimə başladı

  • By admin
  • 19 Oktyabr 2021 11:14

Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq, oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.

Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.

Gununsesi.info