Pakistan bu ölkəyə müharibə elan etdi

  • Müəllif: Firuzə
  • 27 Fevral 2026 10:45

İslamabad Əfqanıstandakı Taliban hökumətinə qarşı açıq müharibə elan edir.

Gununsesi.info xəbər verir ki, bunu Pakistan müdafiə naziri Xavaca Asif deyib.

“Sizinlə açıq müharibə aparacağıq. İndi qanlı müharibə olacaq. Pakistan ordusu dənizin o tayından gəlməyib. Biz sizin qonşularınızıq, dövrlərinizi bilirik”, – Asif bildirib.

Qeyd edək ki, dünəndən etibarən Pakistan və Əfqanıstan arasında silahlı qarşıdurmalar başlayıb. Taliban qüvvələri Pakistanın bir hərbi bazasını və 19 sərhəd-keçid məntəqəsini ələ keçirib. Bundan başqa, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcının vurulduğu bildirilir.

Gununsesi.info