Pakistanda partlayış: 17 nəfər öldü

Pakistanın Kəraçi şəhərində yerləşən ölkənin ən böyük banklarından birində partlayış baş verib.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, partlayış nəticəsində bank yerlə-yeksan olub, 17 nəfər ölüb.

HTML tutorial

Pakistan polisi faciənin bank binasının altından keçən təbii qaz borusunun partlaması nəticəsində baş verdiyini açıqlayıb.

Qeyd edək ki, dünən Bəlucistan əyalətində bazarda baş verən partlayış nəticəsində 1 nəfər ölmüş, 10 nəfər yaralanmışdı.

Gununsesi.info