Pakistandan daha bir ACI XƏBƏR: ölən və yaralananlar var

Pakistanın Bəlucistan əyalətinin paytaxtı Kvettada bazarda baş verən partlayış nəticəsində azı bir nəfər ölüb, on nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Dawn” qəzeti yerli xəstəxanaya istinadla məlumat yayıb.

HTML tutorial

Kvetta mülki xəstəxanasının nümayəndəsi doktor Vasim Baiq zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Terrorla mübarizə idarəsinin sözçüsü qeyd edib ki, partlayış motosikletə yerləşdirilən partlayıcı maddə ilə törədilib. Onun sözlərinə görə, bir çox avtomobilə ziyan dəyib. Təhlükəsizlik qüvvələri partlayış yerini mühasirəyə alıb və sübutlar toplayır.

Gununsesi.info