Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçilib.
Gununsesi.info xəbər verir ki, bu haqda “PTV News” məlumat yayıb.
Qeyd edək ki, parlamentin aşağı palatasının yeni çağırışının 336 deputatından 201-i Şahbaz Şərifin lehinə səs verib.
Onun mübarizədəki rəqibi – Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.
Gununsesi.info