Panamada transformator partlaması - Ölkənin böyük hissələri enerjisizdir

  • By Admin2
  • 17 Mart 2025 10:33

Mərkəzi Amerika ölkəsi Panamada elektrik stansiyasında transformator partlaması baş verib. Partlayış nəticəsində ölkənin böyük hissəsi işıqsız qalıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Milli medianın məlumatına görə, La Çorrera şəhərindəki Pan Am Elektrik Stansiyasında transformator partlaması nəticəsində ölkə daxilində elektrik enerjisi kəsilib. Panama prezidenti Xose Raul Mulino X sosial media platformasında verdiyi açıqlamada elektrik stansiyasına dəyən ziyanın böyük olduğunu bildirib.

“Boquete-də işıqsız qaldım. Bu, bağışlanmazdır. Mənə verilən məlumata görə, ziyan böyükdür. Mən dərhal Milli Dövlət Xidmətləri Korporasiyası (ASEP) və Enerji Katibliyindən hesabat tələb edəcəyəm, ona görə də onlar müvafiq tədbirlər görəcəklər., – Mulino bildirib.

ASEP direktoru Zelmar Rodriguez Crespo ölkənin əksər hissəsində yaşanan elektrik kəsilməsinin transformatorun partlaması nəticəsində baş verdiyini təsdiqləyib və qrupların problemi həll etmək üçün çalışdıqlarını bildirib.

Oxşar hadisə 2023-cü ildə Panamada baş vermiş, ölkədə elektrik enerjisinin kəsilməsi milyonlarla insanı uzun müddət qaranlıqda qoymuşdu.

Orxan

Gununsesi.info