Partlayışda yaralananlarla bağlı SON MƏLUMAT

  • By admin
  • 06 Aprel 2022 14:37

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayışda xəsarət alanlarla bağlı son məlumat açıqlanıb.

Qurumdan verilən məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb:

“Bundan başqa, tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər yaxınlarının iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə köçürülüb.

Hazırda tibb müəssisələrində ümumilikdə, 13 nəfər müalicə  alır. Onlardan 10-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir”.

Qeyd edilib ki, xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 5 nəfərdən 2-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Rəsmi məlumata görə, ümumilikdə, stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib.

Gununsesi.info