Ermənistanın Baş nazir Nikol Paşinyan və xanımı Anna Akopyan rəssam Karen Ohanyanın “Kommunizmin Ölümünün Kabusları” sərgisinə baxmaq üçün Gümrüdəki Sergey Merkurovun ev-muzeyini ziyarət ediblər.
Gununsesi.info xəbər verir bu barədə “Armenpress” məlumat yayıb.
Baş nazirin bu dəfə imicinə dəyişiklik etməsi sosial media seqmentində maraqla qarşılanıb. Belə ki, izləyicilərin diqqəti sərgidəki tablolara deyil, baş nazirin başına “kepka”ya fokuslanıb.
Qeyd edək ki, “Kepka” qoymaq arxayınlıq, özünəgüvən əlamətidir.
Sərginin adı da rəmzidir: “Kommunizmin Ölümünün Kabusları”. Yəni bu, Ermənistanda komnizm meyillərinin məhv olmasına bir işarədir və Moskvaya mesajdır.
Gununsesi.info