Bakıda 12 yaşlı yeniyetmənin itkin düşməsi barədə aprelin 2-də polisə müraciət edilib.
Gununsesi.info xəbər verir ki, müraciət Suraxanı rayon Bülbülə qəsəbə sakini S.Babayeva tərəfindən edilib.
O, Suraxanı RPİ-nin 31-ci PŞ-nə ərizə yazaraq, oğlu 2012-ci il təvəllüdlü A.Mirzəyevin aprelin 1-də evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.
S.Babayeva övladının xarakterik əlamətlərini polisə təqdim edib.
Hazırda axtarış tədbirləri həyata keçirilir.
Gununsesi.info