Polşa ABŞ-a Ukrayna ilə birlikdə Patriot raketlərinin istehsalını qurmağı təklif edib

  • Müəllif: Orxan
  • 24 İyul 2026 14:41

Polşa ABŞ-a yer-hava raket sistemləri (SAM) üçün Patriot raketlərinin Ukrayna ilə “təhlükəsiz yerdə” birgə istehsalını təklif edib.

Gununsesi.info xəbər verir ki, Polsat TV- nin məlumatına görə, bu barədə Polşa müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarneçka Pentaqonda danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

Rəsmi şəxs qeyd edib ki, Varşavanın Vaşinqtonda təqdim etdiyi təklif ABŞ-ın narahatlıqlarını nəzərə alır.

Sobkovyak-Çarneçka bildirib ki, “Biz təklif etdik ki, bu məsələ ilə bağlı əməkdaşlıq ABŞ, Ukrayna və Polşa üçbucağı çərçivəsində həyata keçirilə bilər”.

Onun sözlərinə görə, məsələ “Patriot” raketlərinin istehsalının təhlükəsiz yerdə həyata keçirilməsinin təmin edilməsi ilə bağlıdır.

Maqsud

Gununsesi.info