Polşa Baş naziri: Edamın geri gətirilməsini dəstəkləyirəm

  • By admin
  • 03 Yanvar 2023 17:17

Polşa Baş naziri Mateuz Moravieski edam cəzasının geri gətirilməsini dəstəklədiyini açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Facebook hesabı üzərindən sual-cavab aksiyası keçirən Baş nazir vətəndaşların suallarını cavablandırıb.

Moravieski edam cəzası ilə bağlı kilsənin nəsihətlərinə qatılmadığını söylyərək, “Bunun bütöv olaraq yenidən dəyərləndirilməsinin gərəkli olduğunu düşünürəm. Çox ciddi cinayətlər üçün edam cəzasına icazə verilməlidir”, deyib.

Xatırladaq ki, Polşada edam cəzası 1998-ci ildə ləğv edilib.

Məlumat üçün bildirək ki, Polşada bir çox siyasi partiya ölüm cəzasının yenidən gətirilməsinə qarşı çıxır, ancaq iqtidardakı Hüquq və Ədalət Partiyasının bəzi üzvləri edam cəzasının geri gətirilməsini dəstəkləyirlər.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info