Polşa Rusiyanın kəşfiyyat təyyarəsini ələ keçirib

  • Müəllif: Firuzə
  • 29 Oktyabr 2025 12:43

Polşa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Baltik dənizi üzərində Rusiyanın İl-20 kəşfiyyat təyyarəsini ələ keçirib. 

Gununsesi.info  xəbər verir ki, bu barədə Polşa mətbuatı yazır.

Məlumata görə, Polşa Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-29 qırıcı təyyarəsi Baltik dənizi üzərində uçan Rusiya təyyarəsini “uğurla ələ keçirib və müşayiət edib”.

Bildirilir ki, İl-20 beynəlxalq hava məkanında “təqdim edilmiş uçuş planı olmadan və transponderi söndürülmüş halda” kəşfiyyat missiyası həyata keçirirmiş.

 

Gununsesi.info