Polşa Ukraynaya 18 özüyeriyən haubitsa verəcək

  • By admin
  • 30 May 2022 09:43

Ukrayna Polşadan 18 ədəd müasir KRAB özüyeriyən haubitsa alacaq.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, söhbət üç artilleriya batalyonu üçün avadanlıqdan gedir.

Polşa hərbçiləri artıq 100 ukraynalı artilleriyaçıya KRAB top haubitsalarından istifadə üzrə təlim keçib. Hazırda Ukrayna Silahlı Qüvvələrinin ixtiyarında azı 24 özüyeriyən silah qurğusu var.

“Sezar” adlanan oxşar tipli altı avadanlıq Fransa tərəfindən köçürülüb.

KRAB özüyeriyən haubitsaları bir neçə ildir Polşa ordusunda istifadədə olan texnikadır. Əsas döyüş sursatları ilə maksimum atəş məsafəsi 40 km-dir. KRAB dəqiqədə 6 dəfə atəş aça bilir.

Gununsesi.info