Praqa razılaşması pozulur? - ATƏT də Ermənistana müşahidəçilər göndərir

Oktyabrın 17-də Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Cənubi Qafqazda vəziyyəti müşahidə etmək, təhlil etmək və hesabat hazırlamaq üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfinə 40-a yaxın Avropa İttifaqının ekspert müşahidəçilərinin yerləşdirilməsi barədə qərar qəbul edib.

Bu qərar Praqa razılaşması ilə ziddiyət təşkil edir. Məsələ nədən ibarətdir:

Praqa razılaşmasına görə, Ermənistana göndəriləcək missiyanın işi etimad yaratmaq və hazırladığı hesabatlar vasitəsilə sərhəd komissiyalarının işinə töhfə verməkdir.

Aİ Nazirlər Şurasının 17 oktyabr tarixli qərarında isə missiyanın səalhiyyət dairəsi hədsiz genişləndirilib. Qərarda göstərilib ki, Ermənistana göndərilən heyətin mandatı regionda sülhün və təhlükəsizliyin bərpası, etimadın yaradılması və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasıdır. Yəni Bakı ilə razılaşdırılmadan missiyanın fəaliyyət dairəsinə “regionda sülhün və təhlükəsizliyin bərpası” ifadəsi daxil edib. Bu isə artıq texniki monitorinq qrupunun deyil, tamhüquqlu sülhməramlı missiyanın mandatına uyğundur. Halbu ki, Praqada Azərbaycan tərəfi buna icazə verməyib.

Daha bir dəyişiklik Ermənistandakı missiyanın fəaliyyət müddəti ilə bağlıdır. Praqa razılaşmasında maksimum 2 aylıq müddət göstərilsə də Aİ-nin qərarında “bu müddətin Aİ tərəfindən uzadılması nəzərdən keçirilə bilər” cümləsi əlavə olunub.

Böyük ehtimal, Azərbaycan Praqa razılaşmasını etibarsız elan edəcək.

Yeri gəlmişkən, ATƏT-də oktyabrın 21-dən 27-dək Paşinyanın dəvəti ilə Ermənistana monitorinq qrupunun göndərilməsi ilə bağlı qərar qəbul edib. Bu qərarın da standart konsensus qərar qəbuletmə mexanizmindən yan keçərək qəbul edildiyi bildirilir.

Elçin Rüstəmli

Gununsesi.info