Ermənistanın Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbəri II Karekin arasında qarşıdurma yeni mərhələyə keçib.
Bu barədə fikirlərini bölüşən Prof. Demirtaş hesab edir ki, Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması prosesinə maneə yaradan qüvvələrin təsirini azaltmağa çalışır.
Onun sözlərinə görə, Paşinyan II Karekinin Kilsə rəhbərliyindən uzaqlaşdırılması istiqamətində ciddi addımlar atmağa hazırlaşır.
Prof. Demirtaş bildirir ki, Paşinyanın bu siyasəti ABŞ-dakı erməni lobbisi və Daşnaksütyun tərəfindən ciddi narazılıqla qarşılanır. Erməni diasporunun bir sıra dairələri Ermənistan hökumətinin siyasətinə qarşı sərt mövqe nümayiş etdirirlər.
Ermənistan hökuməti ilə II Karekin arasında qarşıdurma artıq məhkəmə müstəvisinə də keçib. Karekin II və bir neçə yüksək rütbəli din xadimi barəsində cinayət işi başlanıb. İşin mərkəzində yepiskop Gevork Saroyanın vəzifədən uzaqlaşdırılması ilə bağlı məhkəmə qərarının icrası ətrafında yaranan mübahisə dayanır.
Paşinyan isə daha əvvəl II Karekinin istefasını açıq şəkildə tələb edib və hakimiyyətin elə addımlar atacağını bildirib ki, katolikosun özü istefa vermək məcburiyyətində qalsın.
Prof. Demirtaşın qənaətinə görə, Ermənistanın gələcək siyasi kursunun əsas istiqamətlərindən biri Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması olacaq.
“Ermənistan ya Türkiyə ilə normallaşacaq, ya da yox olacaq”, – deyə Prof. Demirtaş vurğulayıb.
Elmar
Gununsesi.info












