Putin Əliyev və Paşinyanla ayrılıqda görüşəcək - Peskov

  • By admin
  • 26 Dekabr 2022 14:20

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrılıqda ikitərəfli görüşlər keçirəcək.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Yox, üçtərəfli görüş olmayacaq, amma ikitərəfli təmaslar, əlbəttə ki, bu qeyri-formal sammitdə yerini alacaq”, – sözçü bildirib.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi olaraq Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar.

Gununsesi.info