Putin Navalnının ölümündən ilk dəfə danışdı

  • By admin
  • 18 Mart 2024 09:10

Rusiya prezidenti Vladimir Putin Aleksey Navalnının ölümünü kədərli hadisə adlandırıb.

Gununsesi.info-nun məlumatına görə, Rusiya rəhbəri bildirib ki, Aleksey Navalnının ölümündən bir neçə gün əvvəl ona onu xarici həbsxanalarda saxlanılan ruslarla dəyişmək təklif olunub və o, bununla razılaşıb.

“Navalnının vəfatından bir neçə gün əvvəl mənə dedilər ki, onu Qərb ölkələrində həbsdə olan insanlarla dəyişmək ideyası var. Mən razılaşdığımı deməmişdən əvvəl bu barədə danışan şəxs hələ cümləsini bitirməmişdi”, – deyə Putin bildirib. O, konkret hansı məhbuslardan danışdığını dəqiqləşdirməyib.

Putinin sözlərinə görə, onun bir şərti var idi – Navalnı bir daha Rusiyaya qayıtmayacaq.

 

Gununsesi.info