“Putin Ukraynanı sevir” - Tramp

“Rusiya Prezidenti Vladimir Putinlə söhbətlərimdə onun Ukraynaya olan sevgisini hiss etmişəm”.

Gununsesi.info “Fox News”a istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş Prezidenti Donald Tramp deyib.

“Mən onun Ukraynanı sevdiyini və onu Rusiyanın bir hissəsi hesab etdiyini görmüşəm. Mən ona demişəm: “Nə qədər ki mən prezidentəm, bu baş verməyəcək””, – deyə Tramp qeyd edib.

Sabiq Prezident, həmçinin Putinlə yaxşı münasibətləri olduğunu və onunla söhbətlərində Ukrayna mövzusunun tez-tez gündəmə gəldiyini vurğulayıb.

 

Gununsesi.info