Putin və Ərdoğan ABŞ-ın Ukrayna üzrə sülh təklifini müzakirə ediblər

Kremlin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan bugünki telefon danışığında Ukraynadakı müharibəyə son qoymaq üçün ABŞ-ın təklifini müzakirə ediblər.

Kreml bildirib ki, Putin bu təkliflərin Alyaskada keçirilən Rusiya-Amerika sammitində müzakirə olunan prinsiplərə uyğun olduğunu və yekun sülh yolu üçün əsas kimi istifadə edilə biləcəyini vurğulayıb.

Ərdoğan isə prosesi hər cür dəstəkləməyə hazır olduğunu bildirib və İstanbulu sülh danışıqları üçün məkan olaraq təklif edib.

 

Günay

Gununsesi.info