Putin və Makron Qarabağla bağlı təşəbbüslə çıxış edəcəklər

  • By admin
  • 26 Aprel 2021 21:40
Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Gununsesi.info “Frans Press” Agentliyinə istinadla xəbər verir ki, iki ölkənin liderləri Ukrayna, Dağlıq Qarabağ və diplomatların qarşılıqlı çıxarılması ilə bağlı vəziyyəti müzakirə ediblər.
Telefon söhbəti zamanı Makron Putini Donbasdakı vəziyyətin kəskinləşməsi fonunda Ukrayna ilə münasibətlərdəki gərginliyi azaltmağa çağırıb.
Prezidentlər Qarabağ məsələsinin həlli üçün tezliklə “konkret təşəbbüs” irəli sürməklə bağlı razılaşıblar.
Gununsesi.info