Putinin səhhətində problem yaranıb

  • Müəllif: admin
  • 14 Avqust 2023 13:18

“Bu həftəsonu Rusiya Prezidenti Vladimir Putinin səhhətində problem yaranıb”.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “General SVR” teleqram kanalı yayıb.

Məlumata görə, avqustun 12-13-ü Putin özünü pis hiss etdiyindən iclas keçirməyib, yalnızca dərman və hesabatlar qəbul edib: “Həftəsonu Prezident yalnız həkim və ona yaxın bir neçə şəxslə görüşüb”.

Bununla belə, Rusiya liderinin səhhətinin pisləşməsinin səbəbi qeyd olunmayıb.

Gununsesi.info