“Qəzzada atəşkəs” dedi, vəzifəsindən çıxarıldı

  • By admin
  • 31 Oktyabr 2023 08:55

Böyük Britaniyada elm, texnologiya və innovasiyalar naziri Mişel Donelanın parlamentin özəl katibi Pol Bristou Qəzzada atəşkəs çağırışı etdiyi səbəbilə vəzifəsindən azad edilib.

Gununsesi.info xəbər verir ki, İngiltərə Baş nazirinin sözçüsü məsələ ilə bağlı açıqlamasında hakim Mühafizəkarlar Partiyasının da üzvü olan Bristounun “kollektiv məsuliyyət prinsiplərinə uyğun olmayan şərhlər” etdiyini və açıqlayıb. Böyük Britaniyanın baş naziri Rişi Sunak tərəfindən tutduğu vəzifədən azad edilib.

Bristou Baş nazir Sunak tərəfindən vəzifədən azad edildikdən sonra BBC-yə bu sözləri söyləyib:

“Mən Baş nazirin qərarını tam başa düşürəm və zövq aldığım işi tərk etdiyimə görə təəssüflənirəm, lakin indi bir çox seçicilərimin dərindən maraqlandığı bir məsələ haqqında açıq danışa bilərəm. İnanıram ki, bunu hökumətdən maaş almaqla deyil, arxa sıralardan daha yaxşı edə bilərəm”.

Keçən həftə Baş nazir Sunaka yazdığı məktubda Bristou daimi atəşkəsin insanların həyatını xilas edəcəyini və humanitar yardımın ən çox ehtiyacı olanlara çatmasını təmin edəcəyini söyləyib.

Gununsesi.info