“Cənubi Qafqazdakı vəziyyət daimi diqqət tələb edir”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu erməni həmkarı Armen Qriqoryanla görüşdə deyib.
“Saatlarımızı sinxronlaşdırmaq bizim üçün vacibdir. Son hadisələrlə, regionda baş verən müxtəlif hadisələrlə bağlı hər şey – bütövlükdə Qafqazda, Cənubi Qafqazda – bizim daimi diqqətimizi və məsləhətləşmələrimizi tələb edir”, – Şoyqu ifadə edib.













