“Qarabağ”ın matçına bir günə 28 minə yaxın bilet satıldı

  • Müəllif: Firuzə
  • 26 Sentyabr 2025 12:27

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçına 27 min 500 bilet satılıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabları məlumat yayıb.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.

Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” matçının biletləri ötən gün saat 15:00-dan etibarən satışa çıxarılıb.

 

Gununsesi.info