“Qarabağ”ın oyunu ilə əlaqədar metroda iş rejimi dəyişdiriləcək

  • Müəllif: Firuzə
  • 13 Avqust 2026 12:17

Bu gün “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək oyunu ilə əlaqədar “Bakı metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək.

Bu barədə Gununsesi.info-ya qurumdan məlumat verilib.

Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: “Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək”.

Gununsesi.info