İmişlidə qəzaya səbəb olan sürücünün 17 yaşı varmış

  • By Günel
  • 19 Yanvar 2025 12:42

Dünən İmişlidə YPX avtomobilinin qarşısına çıxan “Mersedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb.

Gununsesi.info Trend-ə istinadla xəbər verir ki, avtomobili 2008-ci il təvəllüdlü Bəylər Bayramov idarə edib. Həmin maşın yeniyetmənin dayısına məxsus olub.

Qeyd edək ki, DİN-in məlumatına görə, xidmətə gedən YPX avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində baş verən qəzada yol kənarında olan uşaqlardan ikisi həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

Gununsesi.info