Qırğızıstan dağlarında qalan rusiyalı alpinist xilas edilməyəcək - FOTO

  • Müəllif: Günel
  • 23 Avqust 2025 09:02

Qırğızıstandakı Pobeda zirvəsində ayağı sınaraq ilişib qalan rusiyalı alpinist Nataliya Naqovitsinanı daha xilas etmək mümkün olmayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə xilasetmə ekspedisiyasının rəhbəri Dmitri Qrekov “Mash”a məlumat verib.

O bildirib ki, idmançını sağ tapmaq şansı minimaldır və onu ərazidən çıxarmaq şansı daha da azdır. Buna görə də xilasedicilər risk etməmək qərarına gəliblər.

Naqovitsina avqustun 12-də eniş zamanı yaralanıb və onun xilasına əlverişsiz hava şəraiti mane olub.

Qırğızıstan dağlarında qalan rusiyalı alpinist xilas edilməyəcək

Gununsesi.info