Qırğızıstanda güclü zəlzələ oldu

  • Müəllif: Günel
  • 05 Avqust 2025 19:46

Qırğızıstanın Bişkek şəhərində güclü zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar avqustun 5-də yerli vaxtla saat 18:44-də (Bakı vaxtı ilə 16:44) baş verib. Zəlzələnin maqnitudası 5,1 bal təşkil edib.

Zəlzələnin episentri Cəlal-Abad vilayətinin Bazar-Korqon şəhərindən 33 kilometr şimal-qərbdə yerləşib.

Hadisə nəticəsində həlak olanlar və ya ciddi infrastruktur ziyanı ilə bağlı hər hansı məlumat verilməyib.

Gununsesi.info