Qonşu ölkədə zəlzələ: Qızıl Aypara səfərbər edildi

  • Müəllif: Orxan
  • 31 Avqust 2026 09:53

Tehranın şərqində yerləşən Pərdis şəhərində 3,8 maqnitudalı zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra Tehran Qızıl Aypara Cəmiyyəti hazırlıq vəziyyətinə gətirilib.

Tehran Təcili Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Gununsesi.info