Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Rəşad Məcid Süni İntellektin yaxın illərdə yarada biləcəyi təhlükələr barədə fikirlərini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, Rəşad Məcid Bill Qeytsin Süni İntellektlə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib.
“Pis niyyətli insanlar daha da güclənəcək, inandırıcı fırıldaqçılar artacaq, ən çox zərəri sadə vətəndaşlar görəcəklər.
Dövlətlər hazırlıqlı olmalı, Süni İntellektin yaradacağı fəsadlardan necə qorunmağı düşünməli, sosial müdafiə tədbirləri barədə fikirləşməlidirlər”, – deyə Bill Qeytsin fikirlərini sitat gətirib.
Rəşad Məcid qeyd edib ki, böyük texnoloji şirkətlərin rəhbərləri son vaxtlar müsahibələrində qarşıdakı onillikdə süni intellektin gətirəcəyi yeniliklərdən həyəcanla danışırlar.
Onun sözlərinə görə, həmin çıxışlarda texnologiyanın müsbət tərəfləri ilə yanaşı, insanlığı gözləyən təhlükələr barədə də xəbərdarlıqlar səsləndirilir.
“Düşünəndə adamın əl-ayağı yerdən-göydən üzülür. İnsanı vahimə basır. Suallara cavab tapmaq olmur”, – Rəşad Məcid vurğulayıb.












