Restoranı yandırmaqda ittiham edilən şəxs saxlanıldı

Qaradağ rayonunda restoranı yandırmaqda ittiham edilən daha bir şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməli törətməkdə şübhəli bilinən daha bir nəfər – C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

 

Gununsesi.info