Roman Abramoviç zəhərlənib – “Voll Strit”

  • By admin
  • 28 Mart 2022 21:45

Rusiyalı milyarder Roman Abramoviçdə zəhərlənmə əlamətlari aşkar edilib.

Gununsesi.info xəbər verir ki, bu iddia ilə “Voll Strit” jurnalı çıxış edib.

Bildirilib ki, martın əvvəlində Kiyevdə Ukrayna ilə sülh danışıqlarında iştirak etmiş rusiyalı iş adamının əllərində və üzündə dəri soyulması, həmçinin gözlərində qızarma, ağrı və sulanma simptomlarına rast gəlinib.

Abramoviçlə yanaşı, Ukrayna tərəfinin iki yüksək vəzifəli üzvündə də eyni əlamətlər özünü göstərib. Hazırda hər üç şəxsin vəziyyətinin yaxşı olduğu bildirilib.

Gununsesi.info