Rüfət Səfərovun cinayət işi üzrə istintaqı yekunlaşdı

Binəqədi Rayon Polis İdarəsi tərəfindən həbs edilən Müdafiə Xətti təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə istintaqı yekunlaşıb.

Bu barədə Gununsesi.info-ya onun vəkilləri məlumat verib.

Onların sözlərinə görə, Rüfət Səfərovun cinayət işi yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, Rüfət Səfərovə qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

O, özü bu ittihamları qəbul etmir.

ABŞ hökuməti başda olmaqla, dünyanın bir sıra beynəlxalq təşkilatları Azərbaycandan onun azad olunmasını istəyib.

Elmar 

Gununsesi.info