Rus qoşunlarının irəliləyişi minimaldır - Britaniya kəşfiyyatı

  • By admin
  • 18 Mart 2022 14:35

Rusiya qoşunları bu həftə minimal irəliləyiş əldə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

“Kiyev və Nikolayev ətrafındakı Ukrayna qüvvələri Rusiyanın bu şəhərləri mühasirəyə almaq cəhdlərinin qarşısını almağa davam edir. Xarkov, Çerniqov, Sumi və Mariupol şəhərləri mühasirədədir və Rusiyanın intensiv atəşinə məruz qalır”, – məlumatda deyilir.

Məlumatda BMT-nin məlumatına görə, Ukraynadan olan qaçqınların sayının 3,2 milyon nəfərə çatdığını vurğulanıb. Rusiyanın işğalı nəticəsində bu rəqəmin artacağı proqnozlaşdırılır.

Gununsesi.info