Rusiya ABŞ-dan konkret cavab gözləyir - Zaxarova

  • By admin
  • 09 Fevral 2022 15:19

Rusiya ABŞ-a konkret suallar siyahısını göndərib və son dərəcə konkret, yazılı cavab almaq istəyir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

“İndi biz həqiqətən də son dərəcə konkret, yazılı cavab almaq istədiyimiz sualların yazılı siyahısını göndərmişik” – XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, 2021-ci ilin sonunda Rusiya NATO ilə təhlükəsizlik zəmanətləri haqqında saziş layihələrini dərc edib və yanvarın 26-da ABŞ və NATO bu təkliflərlə bağlı Moskvaya yazılı cavablar göndərib.

Gununsesi.info