Rusiya “F-35″in qatili olan silahı elan etdi: ABŞ-a şok

  • By admin
  • 15 İyul 2021 12:30

“S-500” müdafiə sistemləri yeni nəsil qabaqcıl qitələrarası ballistik raketləri, orta yüksəklikli raketləri, eləcə də hipersəs təyyarələrini və pilotsuz uçuş aparatlarını (PUA) məhv etməyə qadirdir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya hərbi media orqanı “Krasnaya Zvezda”ya general-mayor Sergey Babako deyib.

Döyüş təlimlərinin müasir hava hücum silahlarına bənzər texniki xüsusiyyətləri olan və ya daha inkişaf etmiş qabiliyyətli hədəflərə atəş açmağı əhatə etdiyini bildirən general silah və müdafiə raketləri kimi hərbi texnikanın istifadəsi ilə bağlı bütün detalların diqqətlə araşdırıldığını və təlimlər zamanı istifadə edildiyini vurğulayıb.

Rusiyanın yeni müdafiə silahının düşmənin ballistik raketlərini 600 kilometrə, təyyarələrini isə 500 kilometrə qədər vura biləcəyi iddia edilir.

Rusiya Müdafiə Nazirliyinin hərbi məktəbləri və akademiyalarından əlavə, ölkənin texniki universitetləri Hərbi Hava Qüvvələrinin Hava Raketindən Müdafiə bölmələrində xidmət etmək üçün hazırlanır. General Babako bu il mindən çox məzunun bu sahədə işə başladığını bildirib.

Ötən ilin dekabrında Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko “S-500” raket sistemi və “Voronej” uzunmənzilli erkən xəbərdarlıq radarlarının sınaqlar tamamlandıqdan sonra 2021-ci ildə xidmətə daxil ola biləcəyini elan etmişdi.

Uzunmənzilli erkən xəbərdarlıq radarları istənilən raketdən müdafiə kompleksinin onurğa sütunudur. “Voronej” radar ailəsinin hava məkanında ballistik raket və təyyarə hücumlarını izləyən 3 variantı var: “Voronej-M” (metr zolağı), “Voronej-DM” (destimetr zolağı) və “Voronej-SM” (santimetr zolağı). Üçü də vahid sistemdə işləyə və hədəf parametrlərini müəyyənləşdirə, daha dəqiq aşkar edə bilər.

“S-500” uzunmənzilli hava müdafiə kompleksinin vahid milli hava və raketdən müdafiə sisteminin təməl daşına çevrilməsi gözlənilir.

İyunun 28-də Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin hərbi məktəbləri və akademiyalarının məzunları ilə görüşündə “S-500 Prometey” müdafiə sistemi, “Sarmat” qitələrarası ballistik raket və “Zirkon” gəmi əsaslı hipersəsli raketlərin tezliklə xidmətə daxil ediləcəyini bildirmişdi.

“S-500″ün təkmilləşdirilməsi və bunun ABŞ-ın inkişaf etmiş, yüksək texnologiyaya malik təyyarələrini üstələməsi Qərb hərbi müşahidəçiləri arasında qızğın mübahisələrə səbəb olub.

Mayın 27-də “National Interest” qəzetindəki bir məqalədə “Kremlin son silah layihələrindən S-500, “Lockheed Martin”in “F-35 Lightning II” və “F-22 Raptor” kimi ABŞ-ın beşinci nəsil gizli döyüş təyyarələrinə qarşı Rusiyanın ən güclü silahları sırasında yer alır”, – deyə qeyd edilib.

“Drive” dərgisində isə ” “S-500″lər Rusiyanın NATO ilə Avropa sərhədləri boyunca regional ballistik raketdən müdafiə təmin etmək üçün ideal layihə olacaq”, – ifadələrinə yer verilib.

Xarici müşahidəçilərə görə, “S-500″ü “S-400″ün tam xələfi adlandırmaq olmaz. Çünki bu, daha geniş strateji missiyaları yerinə yetirmək üçün hazırlanmış tamamilə yeni bir silahdır.