Rusiya hücumu ilə Ukraynada oliqarxlar dönəmi bitdimi?

  • By admin
  • 03 Yanvar 2023 17:59

Ukraynanın super zəngin iş adamları 10 illərlə ölkədə böyük bir iqtisadi və siyasi gücə sahib idi.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,

Fəqət rus hücumlarından bu yana onlar milyardlarla dollar itirdilər. Ukraynalı oliqarxların dönəmi artıq sonamı çatdı?

Ukraynanın ən zəngin adamı olan 56 yaşlı Rinad Əhmədov bir çoxlarına görə, oliqarx təsvirini ən dəqiq şəkildə yansıdan adamdır.

Bir mədənçinn oğluykən milyarder olan Əhmədov ölkəsində “Donbas Kralı” olaraq tanınır. Aralarında indilərdə xarabaya dönmüş Azovstal polad fabrikinin də yer aldığı ölkənin şərqində bir çox polad və kömür yatırımı olan iş adamı ölkənin ən böyük futbol klubu olan “Şaxtyor”un da sahibi.

Qısa bir müddət öncəyə qədər ən tanınmış televiziya kanallarından biri də ona aid idi.

Ukraynalı oliqarxlar zənginlikləri ilə yanaşı, siyasi təsirləri ilə də məşhurdurlar.

2017-ci ildə London mərkəzli düşüncə quruluşu Çatam House açıqlamışdı ki, “Ukraynaya yönəlik ən böyük təhdid oliqarxlardır”.

Müttəfiqləri və özlərinə sadiq deputatlar vasitəsi ilə bir çox dəfə mənfəətlərinə uyğun qanunlar hazırlatmağı bacarmışdılar.

Ukrayna Prezidenti Zelenskiyə görə bu iş adamları “özlərini siyasətçilərdən, hökumət işçilərindən və hakimlərdən daha önəmli görən qrup”dur.

Fəqət bir çox tərəfdən bu ölkədən olan oliqarxların bir qismi Ukraynanın şərqində 2014-cü ildə başlayan və savaşla birlikdə varlıqlarını, zənginliklərini rus işğalında itirdilər.

Bir çox Ukrayna yurddaşı Əhmədovun öz şəhərində rus tərəfdarı separatçılara qarşı yetərli addım atmadığını hiss edir.

Rusiya Donbası işğal edərkən Əhmədiv fabriklərində etiraz məqsədli zınqırovlar çalınmasını təmin etmiş, bölücülərə qarşı daha tənqidçi açıqlamalar səsləndirmişdi.

Fəqət Rusiyaya qarşı dirənişi maliyyələşdirmə mövzusunda yetərli addım atmaması tənqidlərin hədəfindədir.

Özəlliklə, digər bir Ukrayna milyarderi İqor Kolomoyskinin etdikləri ilə qarşılaşdırdıqda…

Kolomoyski 2014-cü ilin mart atında Dnepr bölgəsinə İcra başçısı olaraq təyinat aldı.

Toqqquşmalar başladıqda o, könüllü dirəniş birliklərinə milyonlarla dolar yardım etdi.

Ukrayna ordusunu yanacaqla təmin etdi. Rus əsgərləri yaxalayanlara pul mükafatları vəd etdi.

Fəqət 2019-cu ildə dönəmin Ukrayna lideri Poroşenko ilə qarşılaşmalı oldu. Parlamentin qaəbul etdiyi qanun bir neft şirkətinin idarəsini itirməsinə yol açırdı.

Buna cavab olaraq əllərində avtomatik silahlar olan bir qrupla şirkətin mərkəzinə getdi.

Sonrakı illərdə ölkənin şərqindəki toqquşmalar artarkən oliqarxlar çoxlu sayda fabrik, tarla və mədən itirdilər.

Bir sonrakı qanun isə Ukrayna Parlamentindən keçən “Oliqarxsızlaşdırma qanunu” idi.

Zelenskinin də dəstəklədiyi bu qanun 4 şərtdən üçünü təmin edənləri oliqarx elan edirdi:

Siyasətdə təsir sahibi olmaq

Mediada təsir sahibi olmaq

Sahəsində monopolist olan bir şirkətin sahibi olmaq

Hər il milyonlarla dollar qazanmaq

Bu təsvirə görə, oliqarx olan adamlara əlavə yoxlamalar gətirildi, siyasi partiyalara yardım etmələri qadağan edildi.

Bu siyahıya girməmək üçün Rinad Əhmədov əlindəki bütün medianı sürətlə satdı.

Rusiyanın fevral 2022-ci il hücumları isə son zərbə oldu.

Artan toqquşmalar Ukraynanın ən zənginlərinin gəlirlərini daha da azaltdı.

Tamam, oliqarxların gücünün azalması Ukrayna demokratiyasını gücləndirəcəkmi?

Tanınmış xəbər saytı “Ukraynskaya Pravda”nın yaz işləri rəhbəri Sevgil Musayeva “Mütləq” deyir.

“Bu savaş Ukrayna oliqarxlarının sonunun başlanğıcı oldu”.

Keçmişdən bəri Ukraynanın öndə gələn araşdırmaçı jurnalistlərindən biri olan və indi də Zelenskinin məsləhətçiləri arasında yer alan Sergey Leşçenko da “Oliqarxsızlaşdırma qanunu çöküşlərini tətikləyən ən böyük təsirlərdən oldu”, deyir.

Leşçenko daha sonra bunları söyləyir:

“Savaşın şiddətlənməsi isə durumlarını daha da çətinləşdirdi. Siyasətə köklənmək əvəzinə, həyatda qalmağa fokuslandılar.

Musayeva isə açıqlamasında Ukraynada bundan sonra vətəndaş cəmiyyətinin və rüşvəti araşdırmaq üçün yaradılan qurumların yeni oliqarxlara icazə verməməli olduğunu söyləyir.

Digər tərəfdən, Ukraynada demokratiyanın taleyi də Rusiya ilə müharibənin sonuna bağlı olacaq.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info