Rusiya Suriyada 320-dən çox silah növünü sınaqdan keçirib

  • By admin
  • 15 İyul 2021 12:05

Rusiya ordusu Suriyadakı əməliyyatlarda 320-dən çox silah növünü sınaqdan keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib.

Şoyqu bu sözləri Rostov-na Don şəhərindəki Rostvertol helikopter fabrikindəki çıxışı zamanı söyləyib. O, Suriyadakı əməliyyatlarda istifadə edilən silahlarla əlaqədar açıqlamalar verib.

Rusiya istehsalı olan helikopterlərdən birinin Suriyadakı əməliyyatlardan sonra təkmilləşdirildiyini qeyd edən Şoyqu, hərbi texniki vasitələrin təhlükəsizliyini təmin etmək üçün uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinə ehtiyac olduğunu və Rusiyanın bunlara sahib olduğunu da qeyd edib.

Suriyadakı əməliyyatlar sayəsində bu cür silahlara sahib olduqlarını vurğulayan Şoyqu, “Əməliyyatlar zamanı helikopterlər də daxil olmaqla 320-dən çox müxtəlif növ silah sınadıqlarını” deyib.

Nazir Rusiya ordusunda müasir silah və texnika payının 70% olduğunu xatırladıb və bunun bütün dünyadakı ordular arasında ən yüksək nisbət olduğunu vurğulayıb.

Gununsesi.info