Rusiyada “Signal” messenceri bloklandı

Rusiya qanunvericiliyinin pozulması səbəbilə ölkə ərazisində “Signal” messencerinə giriş məhdudlaşdırılıb.

Gununsesi.info ” TASS-a istinadən xəbər verir ki, bu barədə Rabitə, İnformasiyaTexnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsinə Nəzarət Federal Xidmətinin (Roskomnadzorun) mətbuat xidməti məlumat yayıb.

“Signal” messencerinə giriş Rusiya qanunvericiliyinin tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb”, – deyə bildirilib.

Qeyd olunub ki, messencerdən terror və ekstremist məqsədlərlə istifadənin qarşısını almaq üçün bu qərarın həyata keçirilməsi zəruri hal alıb.

 

Gununsesi.info