Şəmkir Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan “Yetim Sabir” ləqəbli Əsgərov Sabir İlham oğlu Rusiya Federasiyasında saxlanılıb.
Gununsesi.info–nun xəbərinə görə, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan “Yetim Sabir”i Şəmkir Rayon Polis Şöbəsinin əməliyyatçıları tapıb.
Məlum olub ki, “Yetim Sabir” Ermənistan vətəndaşlığını əks etdirən Polşa dövlətinə məxsus oturum kartı ilə gəzirmiş.
Həmin sənəddə Sabir Əsgərovun adı “Levan Vxitaryan” kimi qeyd olunub.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, İlham Əsgərov Cinayət Məcəlləsinin 180. Soyğunçuluq, 182. Hədə-qorxu ilə tələb etmə, 228 Qanunsuz silah, onun komplet hissələrini, döyüş sursatı , partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, daşıma,və gəzdirmə və 318. Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur.
Elmar Elnuroğlu
Gununsesi.info