Rusiyalı deputat: İstənilən işğal məğlubiyyətlə qurtarır

  • By admin
  • 01 May 2021 20:41

“Məcburi köçkünlərin buraya qayıda bilməsi üçün azad edilmiş ərazilərin qısa müddətdə bərpa edilməsi vacibdir”.

Gununsesi.info xəbər verir ki, “Report”a Ağdama səfər etmiş Rusiya nümayəndə heyətinin üzvü, Vahid Rusiya Partiyasından Dövlət Dumasının deputatı Oleq Valençuk bildirib.

“Məndə məlumat var ki, onlar doğma yerlərinə qayıtmaq istəyirlər. Əgər tarixə diqqətlə nəzər salsaq, görəcəyik ki, istənilən işğal məğlubiyyətlə qurtarıb. Çünki işğalçılar nəticələr haqqında düşünmədən təcavüzə başlayırlar. Yaxın keçmişdə, keçmiş SSRİ dönəmində, almanların işğalı illərində də belə idi. Mən əminəm ki, tezliklə burada bağlar salınacaq və uşaq səsləri eşidiləcək”, – O.Valençuk qeyd edib.

Gununsesi.info