Rusiyanın ən zəngin iş adamının adı açıqlandı

  • By admin
  • 03 Aprel 2024 10:20

“Forbes” jurnalı “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərovu rusiyalı iş adamları arasında ən varlı kimi tanıdıb.

Ekspertlərin fikrincə, onun sərvəti son bir ildə 8.1 milyard dollar artaraq 28.6 milyard dollara yüksəlib.

Gununsesi.info xəbər verir ki, Zənginlərlə bağlı Rusiyanın yenilənmiş reytinqində milyarder Ələkbərov beş pillə yüksələrək tarixdə ilk dəfə birinci yeri tutub, – “Forbes” vurğulayır.

Milyarderlərin qlobal reytinqində “Lukoil”un təsisçisi hazırda 59-cu yerdədir.

Rusiya zənginləri arasında ötənilki lider, “EuroChem” və SUEK-in təsisçisi Andrey Melniçenko indi yeddinci sayılır. Onun il ərzində 4.1 milyard dollar itirdiyi, sərvətinin indi cəmi 21.1 milyard dollar olduğu bildirilir.

“Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson həmin reytinqdə ikinci yerə yüksəlib. Hazırda “Forbes” onun sərvətini 27.4 milyard dollar qiymətləndirir, bu da bir il əvvəlkindən 5.8 milyard dollar çoxdur.

Rusiyalı milyarderin ilk üçlüyünü Vladimir Lisin qapayır – onun 26.6 milyard dolları var, bu da bir il əvvəl ilə müqayisədə 4.5 milyard dollar artıqdır.

25 milyarderinin sərvəti 18 milyard dollar artıb

25 ən varlı rusiyalı işadamının ümumi sərvətinin 2024-cü ilin əvvəlindən 18.3 milyard dollar artdığı qeyd edilir.

Bütün bu hesablamaları “Vedomosti” qəzeti “Bloomberg Billionaires Index” reytinqinə əsasən aparıb .

Reytinq üzvlərinin ümumi sərvəti 344.37 milyard dollar dəyərləndirilib. Reytinqə əsasən, ilin əvvəlindən ən çox varlanan “EuroChem”in həmtəsisçisi Andrey Melniçenko, “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşov və Novolipetsk Metallurgiya Zavodunun həmsahibi Vladimir Lisin olublar. Onların sərvəti, müvafiq olaraq, 5.29, 3.75 və 2.91 milyard dollar artıb.

2022-ci ildə “Bloomberg” reytinqinə daxil olan ən zəngin rusiyalıların ümumi sərvətinin 93.753 milyard dollar azaldığı bildirilmişdi. Buna səbəb onlara və Rusiya iqtisadiyyatına (Ukraynaya təcavüzlə bağlı) tətbiq edilən beynəlxalq sanksiyalar göstərilirdi.

 

Gununsesi.info