Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiyanın bir sıra regionlarında dörd pilotsuz uçan aparatı məhv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Növbəti hava hücumundan müdafiə sistemləri Moskva, Tambov, Bryansk və Oryol vilayətləri ərazisi üzərində Ukraynanın 4 pilotsuz uçuş aparatını məhv edib”, – deyə nazirliyindən bildirilib.
Müdafiə Nazirliyi hücumda təyyarə tipli PUA-lardan istifadə edildiyini qeyd edib.
Noyabrın 14-də bölgənin qubernatoru Andrey Klıçkov bildirib ki, Oryol vilayətinin şimal-qərbində PUA vurulub.
“Bu gün səhər tezdən Oryol vilayətinin şimal-qərbində növbətçi hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurub. İnfrastruktura heç bir ziyan dəyməyib və tələfat olmayıb. Əhalinin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görülür”, – deyə Klıçkov “Telegram” kanalında bildirib.
Gununsesi.info