Rusiyanın uğurları anti-Putin koalisiyasını niyə parçalamadı?

  • By admin
  • 17 İyun 2022 08:24

 

Avropa İttifaqı liderlərinin Ukraynaya səfəri ümumilikdə yaxşı keçdi və ilkin təəssürat belədir ki, Zelenski hökuməti trio-dan razı qaldı. Proseslərin bundan sonra gedişinə təsir edəcək bir neçə mühüm məqamı qeyd etmək olar:
Birincisi, Severodonetsk, Lidiçanskda ağır döyüşlər aparan Ukrayna ordusuna ehtiyacı olan bəzi silahlar tezliklə çatdırılacaq. Ramştayn-2 görüşündə təcili addımlar razılaşdırılıb, habelə Avropa liderləri öz hərbi imkanlarından da istifadə edəcəklər;
İkincisi, Rusiyanın hərbi müstəvidə iki əsas hədəfindən biri bu mərhələdə özünü doğrultmadı. Şərq cəbhəsində uğurlar anti-Rusiya koalisiyasında ciddi parçalanmalara və Zelenskiyə sülh danışıqları üçün təzyiqlər göstərməyə gətirib çıxarmadı;
Qərbin ümumi strategiyası belədir ki, hərbi əməliyyatların dayandırılması heç bir halda Rusiyanın çalışdığı ssenarilərdə mümkün olmayacaq. Yəni Donbassın sərhədlərinə çıxmaq, Xersonda qondarma referendum keçirmək, Krıma quru yola təmin etmək, beləliklə cəmiyyətə ağır itkilərin qazancını təqdim etmək baş tutmayacaq.
Əsas problem odur ki, Qərb cəbhədə Rusiyanı qısa müddətdə qəti məğlub edəcək addımları ləngitsə də iqtisadi, siyasi müstəvidə mümkün olan bütün addımları atır. Sanksiyaların təsiri getdikcə daha çox hiss olunur və ilin sonuna qədər enerji gəlirlərinin böyük ölçüdə azalması qaçılmazdır. Beynəlxalq Maliyyə İnstitutunun hesabatına görə, ötən 3 ayda Rusiyanın 15 ildə əldə etdiyi bütün naliyyətlər sıfırlanıb. Yaxın aylarda Qərbin enerji bazarında ajiotajı sakitləşdirəcəyi proqnozlaşdırılır və bu zaman müharibəyə nəhəng vəsaitlər xərcləmək, borcları, ödəmək, sosial sabitliyi təmin etmək getdikcə müşkül hala gələcək.
Bütün hallarda Rusiya üçün siyasi məğlubiyyət, ardınca Ukraynada mövqelərin itirlməsi qaçılmazdır.

Elçin Rüstəmli

Gununsesi.info