Rusların daha bir təyyarəsi vuruldu

  • By admin
  • 28 Mart 2022 13:42

Xarkov yaxınlığındakı İzyum şəhəri ətrafında daha bir rus təyyarəsi vurulub. Pilot əsir götürülüb.

“Gununsesi” xəbər verir ki, bununla bağlı Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Qeraşşenko məlumat və video paylaşıb.

Məlumatda deyilir ki, bu, bir ədədinin qiyməti təxminən 50 milyon dollar olan növbəti “SU-35” hərbi təyyarəsidir.

Kadrlardan da göründüyü kimi, təyyarəni idarə edən və Ukrayna şəhərlərini bombalayan, ələ keçirilıəndən sonra isə diz üstə çöküb ilk ifadələrini verən pilot rus ordusunda podpolkovnik rütbəsi daşıyır.

Gununsesi.info