Rüstəm Muradov erməni nazirlə görüşdü

  • By admin
  • 10 Fevral 2021 13:21

Qarabağdakı Rusiya sülhməramlı dəstəsinin komandiri, general-leytenant Rüstəm Muradov İrəvanda Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyanla görüşüb.

Gununsesi.info xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin bir sıra məsələləri, həmçinin əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsi müzakirə edilib.

Muradovun məhbus mübadiləsindəki fəal iştirakı, eyni zamanda, itkin düşənlərin axtarışında göstərdiyi köməyə görə Rusiya kontingentinin fəaliyyətinin effektivliyi vurğulanıb.

Gununsesi.info