Səfərbərlik Xidmətinin rəisi Şəmkirdə vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov avqustun 28-də Şəmkir şəhərində vətəndaşları qəbul edəcək.

Gununsesi.info xəbər verir ki, qəbul Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərini əhatə edəcək.

Vətəndaşların müraciətləri qanunvericiliyə uyğun qaydada araşdırılacaq.

 

Gununsesi.info